"77% uşağın bağçaya getməməsi təhsil üçün böyük problemdir" Ekspert
"Azərbaycanda vaxtı ilə kifayət qədər məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərib. Lakin onların əksəriyyəti 2000-ci ildə özəlləşdirmə adı ilə satılaraq banklara, kafelərə və digər obyektlərə çevrilib". SİA-ya açıqlamasında təhsil üzrə ekspert Şahlar Əsgərov belə deyib.
Onun sözlərinə görə, bağçaların özəl qurumlara satması bu gün 1 yaşından 5 yaşınadək olan uşaqların əksəriyyətini məktəbəqədər təhsil müəssisələrində verilən bilikdən məhrum edir: "Sivil ölkələrdə uşaq doğulandan ali təhsil müəssisəsini bitirənədək dövlətin nəzarətində olur. Azərbaycanda isə bu gün 1 yaşından 5 yaşına qədər 157 349 uşaq bağça gözləyir. Yəni hazırda ölkəmizdə uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. 77 %-i isə bu təhsildən kənarda qalırsa bu artıq təhsilimiz üçün böyük problemdir. Bu problemin həlli yollarından biri özəlləşdirilmə adı altında satılan məktəbəqədər təhsil müəssisələrinin geri qaytarılması və yenidən fəaliyyətə başlamasıdır".
Bağçanın verdiyi proqram təminatının, biliyin və tərbiyənin ev şəraitində uşağa öyrədilməsinin qeyri-mümkün olduğunu deyən ekspert bildirib ki, körpə uşaqların beyni ağ vərəq kimidir və uşaqlar vaxtında təhsil almaq, yeni biliklər əldə etmək istiqamətinə yönəldilsə, o gələcəkdə dövlət üçün əhəmiyyətli vətəndaş ola bilər: "1-ci sinfə başlayarkən bağçadan gələn uşaqlar hazırlıqlı olur, bağçaya getməyənlər isə əksinə hazırlıqsız olur. Eyni zamanda məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar utancaq olur, öz yaşıdları ilə ünsiyyət qura bilmirlər. Çox yaxşı olardı ki, birinci sinfə gedən uşaqların hər biri 1 yaşından 5 yaşınadək bağçaya getmiş olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB