Mayın 10-da ilk dərslər ümummilli lider Heydər Əliyevə həsr ediləcək

Mayın 10-da ilk dərslər ümummilli lider Heydər Əliyevə həsr ediləcək

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr verib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əmrə əsasən, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə və orta-ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş inşa yazı müsabiqəsi keçiriləcək.

Respublikanın təhsil müəssisələrində 2014-cü il mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr ediləcək.

Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə