İstehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi artıb

İstehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi artıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 2,3 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 9,0% çoxdur.

Hesabat dövründə pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,2%-i özəl bölmənin fəaliyyəti sayəsində formalaşıb. Bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 9,5% artaraq 2,2 mlrd. manat olub.

İstehlak bazarı üzrə real artımın 25,1%-i hüquqi şəxslərin, 74,9%-i fiziki şəxslərin təsərrüfat subyektlərində yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə