Təhsil Nazirliyi nazir Mikayıl Cabbarovun adından Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun azad edilməsi ilə bağlı prezidentə müraciət etməsi barədə yayılan xəbərləri təkzib edib. Bu barədə SİA-ya açıqlamasında Təhsil nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, məsələ ilə bağlı kütləvi informasiya vasitələrində yer alan xəbər tamamilə əsassızdır.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və Təhsil Nazirinin 21 yanvar 2014-cü il tarixli əmrinin tələbələrin narazılığına səbəb olması ilə əlaqədar BDU- nun rektoru Abel Məhərrəmov tələbələrlə görüş keçirib. Daha sonra isə yerli mətbuatda Abel Məhərrəmovun işdən azad olunması ilə bağlı məlumat yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB