Ənənəvi tələbə biletləri yığışdırılacaq

Ənənəvi tələbə biletləri yığışdırılacaq

"Azərbaycan Dillər Universiteti (ADU) növbəti tədris ilindən etibarən ənənəvi tələbə biletindən imtina etmək niyyətindədir. Hər bir universitetə qəbul olan tələbə xüsusi tələbə biletinə malik olmalıdır". SİA-nın xəbərinə görə, bunu açıqlamasında ADU-nun rektoru Səməd Seyidov deyib.

Onun sözlərinə görə, həmin tələbə biletinin içərisində təqaüd kartı da olmalıdır: "Bildiyiniz kimi, ali məktəb tələbələrinin tələbə bileti, təqaüd kartı, hansısa kitabxanaya getmək üçün lazım olan kartların hamısı ayrı-ayrı olur. Buna görə də tələbə cibində çoxlu kartlar gəzdirir. Bütün bunların qarşısını almaq üçün belə bir çıxış yolu düşünmüşük ki, sadaladığımız bütün kartların hamısı birində cəmləşsin. Bununla yanaşı, tələbələrin imtahan sessiyasının nəticələri, həmçinin fərdi planlar, universitet daxilində fəaliyyəti də həmin kartın sisteminə çevrilsin. Ona görə də universitetin daxilində internet yox intranet yaradılmalıdır. Bununla da tələbə dekanlığa, rektora, ümumiyyətlə heç kimə müraciət etmədən qiymətlərini, kəsrlərini, ödəniş haqlarını necə, nə vaxt vermək lazım olduğunu tam şəkildə biləcək. Bu da tədris prosesində şəffaflığın təmin olunmasında öz müsbət təsirini göstərmiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə