Rezidentura səviyyəsinə ərizə qəbulu başa çatıb

Rezidentura səviyyəsinə ərizə qəbulu başa çatıb

Ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, sənədlərini təsdiq etdirən namizədlərin sayı 1412 nəfərdir ki, bunların da 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da keçiriləcək. İmtahanda iştirak edəcək namizədlər martın 27-dən 29 dək TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrdən istifadə etməklə "İmtahana buraxılış vərəqi"-ni çap etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə