ADU-nun Mətbuat xidmətinin 5 illik yubileyi qeyd olunub YENİLƏNİB-FOTO
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak edib.
Tədbir ADU-nun Mətbuat xidmətinin 5 illik fəaliyyətindən bəhs edən videoslaydın nümayişi ilə başlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açıq elan edərək ADU-nun Mətbuat xidmətinin universitetlərin analoji strukturları arasında xüsusi seçildiyini və fəallıq göstərdiyini qeyd edib. O, ADU-nun Mətbuat xidməti ilə rəhbərlik etdiyi qurumun bir sıra tədbirlər həyata keçirdiyini və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. MŞ sədri ötən müddət ərzində bu qurumun kifayət qədər tanındığını və KİV ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə çıxışında ADU-nun məzunu olmasından qürur hissi keçirdiyini, illər keçdikcə universitetin simasının müsbət məcrada dəyişməsindən sevindiyini dilə gətirib. O, ADU-nun mətbuat xidmətinin fəaliyyətini yüksək dəyərləndirib. E. Şıxlı ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovu Universitetin Mətbuat xidmətinin yaradılmasının 5 illiyi və ictimaiyyətlə əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif edib.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldüyünü xatırladan rektor S. Seyidov bunun bütün dövlət müəssisəsi rəhbərlərinin media ilə sıx təmasda olmaları üçün gözəl şərait yaratdığını bildirib. İstənilən ali məktəbin mətbuat xidmətinin olmasını həyati məsələ kimi xarakterizə edən rektor universitetin ictimaiyyət, cəmiyyət üçün açıq olmasının vacibliyindən danışıb. Mətbuat xidmətinin fəaliyyətindən danışan ADU-nun rektoru bu qurumun rəhbəri Zeynab Kazımovanın da əməyini yüksək qiymətləndirib.
Sonra Təhsil Nazirliyinin nümayəndəsi Sevinc Səfərova İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun təbrik məktubunu diqqətə çatdırıb. Təbrikdə ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin səmərəli fəaliyyət göstərdiyi və son illərdə ADU-nun KİV-lə əlaqələrinin inkişafına xüsusi önəm verildiyi qeyd olunub və bildirilib ki, ADU-nun nüfuzunun daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV nümayəndələri mükafatlandırılıb.
Xatırladaq ki, ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayının 4-də sərəncam imzalanıb. 2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti", ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat xidməti" adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri Z.Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat katibi" seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB