TQDK-nın internet saytının istifadəçilərinin nəzərinə!

TQDK-nın internet saytının istifadəçilərinin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rəsmi internet saytının istifadəçilərinə müraciət edib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, TQDK-nın rəsmi internet saytının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətini artırmaq məqsədilə quraşdırılan yeni serverlərin elektron hökumət portalına inteqrasiya edilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 21 fevral 2014-cü il saat 14:00-dan 24 fevral 2014-cü il saat 10:00-dək saytın işində müəyyən qısa və uzunmüddətli dayanmalar müşahidə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə