TQDK sədri: "Bu bizə aid olan məsələ deyil"

TQDK sədri: "Bu bizə aid olan məsələ deyil"

"Qəbul imtahanlarına açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib. İki il bundan əvvəl ilk dəfə olaraq orta məktəblərdə buraxılış imtahanları komissiya tərəfindən keçirilməyə başlanıb. Bu il ilk dəfə olaraq 2 il əvvəl IX sinif məzunlarının XI sinif məzunu kimi bilik səviyyəsi yoxlanacaq". SİA-nın xəbərinə görə, TQDK-nın sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə keçirilən müşavirədə çıxışı zamanı deyib ki, hər il testlər məzunlarının bilik səviyyəsinə uyğun hazırlanır. Onun sözlərinə görə, o zaman bilinəcək ki, bu 2 ildə məzunların bilik səviyyəsi necə yüksəlib: "Təbii ki, burada yalnız məktəblərin deyil, repetitorların da rolu var. Çünki abituriyentlərin bir qismini onlar hazırlaşdırırlar".

TQDK sədri qeyd edib ki, son 6-7 ildə "Riyaziyyat" fakültəsinə 500-dən çox bal toplayan abituriyentlər qəbul olunsa da çox təəssüf ki, onların böyük əksəriyyəti qızlardı. Məleykə Abbaszadə bildirib ki, əgər onlar məktəblərdə normal tədris mühitinə düşsələr çox yaxşı riyaziyyatçı ola bilərlər: "Ancaq digər məsələ ondadır ki, bu gün orta məktəblərdə orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər də dərs keçir. Amma bu bizə aid olan məsələ deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə