"Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların qəbulolunma göstəricilərini müqayisə etdikdə son iki il müddətində artma müşahidə edilir". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirədə çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, 2012-ci ildə iştirak edən məzunların 51,75%-i tələbə adını qazanıbsa, 2013-cü ilə imtahanda iştirak edən məzunların 55,91%-i ali məktəbə qəbul olub: "2012-ci ildə abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2013-cü illə müqayisədə artıb. 2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta bal 238 911 olub. 2013-cü ildə isə bu göstərici 244 737-ə bərabər olub. Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır".
TQDK sədri bildirib ki, Bakı şəhərinin Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır və bu fərq 3.10% təşkil edir: "Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Bakının rus bölməsinin abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Fərq – biologiyadan - 2.64%, coğrafiyadan - 1.63% təşkil edir. Şəhərin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən yüksək göstəriciyə bərabərdir".
Ümumilikdə 2013-cü ildə Bakı şəhəri üzrə şəhərin ümumtəhsil müəssisələrini 20041 şagirdin bitirdiyini deyən Məleykə Abbaszadə qeyd edib ki, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib və 17412 nəfəri hər iki fənn üzrə müvəffəq qiymət alıb: "Şəhərin məzunlarının buraxılış imtahanında ana dili fənni üzrə topladıqları orta bal 18.79-a, riyaziyyat fənni üzrə topladıqları orta bal 18.54-ə, hər iki fənn üzrə birlikdə topladıqları orta bal 37.33-ə bərabərdir. Ümumilikdə 19952 nəfər (həm bu il, həm də əvvəlki illərin məzunları) attestat alıb. Attestat alanların 84.24%-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91%-i) tələbə adını qazanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB