TN: "Bakalavriat səviyyəsi üzrə qiyabi təhsil məhdudlaşdırılır"

TN: "Bakalavriat səviyyəsi üzrə qiyabi təhsil məhdudlaşdırılır"

"2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov deyib. Onun sözlərinə görə, bakalavrist bununla da qiyabi təhsil forması məhdudlaşdırılır: "Bu ildən isə ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq".

Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına qəbulun azaldıldığını deyən nazirlik rəsmisi qeyd edib ki, ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb: "Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə