Tempus layihəsi çərçivəsində tərəfdaş iştirakçıların növbəti toplantısı keçirilib
Bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa İttifaqının "Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" üzrə Tempus layihəsi çərçivəsində tərəfdaş iştirakçıların növbəti toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbiri Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov giriş sözü ilə açaraq görüş iştirakçılarına Tempus layihəsi çərçivəsində fəaliyyətlərinə uğurlar arzulayıb.
ATİ-də təşkil olunan birgünlük tədbirdə ötən ilin sonlarında Riqada keçirilmiş "Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" üzrə Tempus layihəsinin nəticələri və qarşıda duran vəzifələrin mərhələli həlli yolları müzakirə edilib. Layihə kordinatoru Andrea Menn və meneceri Gila Altman öz çıxışlarında layihə çərçivəsində fəaliyyət göstərən tərəfdaş ali məktəblərin tələbələri üçün Jade Universitetində, Latviya və Gürcüstanda 3 aylıq təcrübə keçmə imkanlarının nəzərdə tutulduğunu diqqətə çatdırıblar. Layihənin sonrakı mərhələlərində isə təlimçilərin müxtəlif istiqamətli təlimlərdə iştirakının təşkili qərarlaşdırılıb.
Həmçinin iştirakçıların diqqətinə çatdırılıb ki, bu ilin iyun ayında tərəfdaş ali məktəblərin rəhbərliyi səviyyəsində layihənin son nəticələrinə dair görüşün keçirilməsi məqsədəuyğun hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB