Təqvim planının peşə liseyləri üzrə növbəti mərhələsi başladı

Təqvim planının peşə liseyləri üzrə növbəti mərhələsi başladı

"2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı"na əsasən peşə liseyləri üzrə yerinə yetirilməli olan işlərin növbəti mərhələsi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, 18.02.2014-10.03.2014 aralığını əhatə edən bu mərhələdə buraxılış sinif şagirdlərinin cari tədris ilinə aid illik qiymətləri peşə liseyləri əlaqələndiriciləri tərəfindən "Şagird-məzun" sisteminə daxil edilərək təsdiq edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə