Rektor ATİ-yə tələbə şəhərciyinin tikilməsini təklif edir

Rektor ATİ-yə tələbə şəhərciyinin tikilməsini təklif edir

"Bütün hesablamalar turizm təhsilində ciddi addımlar atılmasını tələb edir. Yəni kütləvi kadr hazırlığı prosesi başlanılmalı və bu zaman keyfiyyəti heç vaxt ikinci plana keçirmək olmaz. Keyfiyyət və kəmiyyətin paralel yüksəlişini təmin etməyin yolunu, ilk növbədə ATİ-yə tələbə şəhərciyinin tikilməsində, ən azı 5 regionda Bakı Turizm Peşə Məktəbinin filialının, həmçinin onlardan ikisində (Masallıda və Xaçmazda) həmçinin ATİ-nin filialının yaradılmasını təklif edirik. Yəni turizm təhsili, həmçinin digər xidmət sahələri üçün, o cümlədən mədəniyyət, idman, təhsil, səhiyyə sahəsində menecerlərin hazırlığı üçün belə genişlənməyə ehtiyac var". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib.

ATİ-də keçən 8 il ərzində müasir ali təhsil müəsisəsi komandasısının formalaşdığını deyən Cəfər Cəfərov: "bu komanda ilə Azərbaycan Tətbiqi Elmlər Universitetinə çevrilə, mövcud ixtisaslarla paralel xidmət sektorunun digər sahələri ilə birgə illik bir-neçə min tələbə qəbul edəcək yeniləşən Azərbaycanın yeni tipli universitetinə çevrilmək arzusundayıq. Lakin biz bu genişlənmə ilə yalnız fiziki, tədris korpusunun inkişafını nəzərdə tutumuruq. ATİ-nin institut statusundan universitet statusuna keçməsinin də vaxtının çatdığını düşünürük. Artıq ATİ universitetdir və onun hazırladığı kadrlar, onların profili, sayı və səviyyəsi bunu deməyə imkan verir", -deyə fikirlərinə əlavə edib.

O həmçinin qeyd edib ki, təhsil strategiyasına görə ali məktəblərə ödənişli təhsilin qəbul planının ləğv edilməsi nəzərdə tutulub ki, bu da əmək bazarında çox ehtiyac olan turizm və xidmət sahəsində kadr hazırlığına kömək ola bilər: "Həmçinin hazırda ATİ öz-özünü maliyyələşdirə biləcək bir müəssiəsidir. Bu ildən etibarən dövlət büdcəsindən ATİ-yə bir başa maliyyə ayrılmır. ATİ-nin büdcəsi əsas etibarilə təhsil haqlarından ödənişlərə əsaslanır. ATİ bu gəliləri ilə öz-özünü idarə etsədə investisiya qoyacaq imkanlara malik deyil. İllik gəlirlərimizin 60 % əmək haqqı və müvafiq məcburi ödənişlər üçün əlavələrinə, 15 % tələbələrin təqayüdünə və 25 % isə idarənin saxlanılmasına xərclənir. Yəni ATİ-nin özü üçün yeni bina tikmək, torpaq sahəsi almaq, tikinti işləri aparmaq üçün maliyyə imkanı yoxdur. Çünki illik gəlirlər və xərclərin hesablanması və proqnozu ATİ-yə o qədər pulu toplamağa bu tələbə sayı ilə imkan vermir. Bu gün dünyada turizm baxımındna inkişaf etmiş ölkələrindəki hədəflərə çatmaq üçün qeyd olunan işləri görməklə, peşəkar kadr təminatı işini həll etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə