Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib. Komissiyasnın mətbuat xidmərindən SİA-ya verilən məlumata görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən "Elektron ərizə vermək üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları vasitəsilə ala bilərlər.
Məlumata əsasən, "Elektron ərizə vermək üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.
Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB