Nazirdən müəllimlərin qanunsuz olaraq ixtisas dəyişməsinə MÜNASİBƏT
Təhsil Naziri Mikayıl Cabbarov regionların orta məktəblərində çalışan müəllimlərin qanuni və ya qanunsuz hallarda ixtisasını dəyişməsi məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, nazir deyib ki, təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə istər Təhsil Nazirliyi, istərsə də müvafiq dövlət strukturları tərəfindən bununla mübarizə aparılır.
Mikayıl Cabbarovun sözlərinə görə, əgər müəllim yeni ixtisasa qanunvericilik çərçivəsində yiyələnibsə, bu, normal haldır: "Biz təhsil sistemində olan bu və ya digər mənfi hallarla bir həftə məşğul olub, gələn həftə bu məsələdə geri addım atmırıq. Nazirlik olaraq, ümumilikdə təhsil sisteminin mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərməsinə çalışırıq. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa və bu məsələ barədə təhsil ictimaiyyətinin məlumatı yetərlidirsə, biz müvafiq vəsatətləri qaldırırıq və məsələnin həll olunmasına çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB