Təhsil Naziri Mikayıl Cabbarov xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, nazir deyib ki, təqaüdlərin həcmi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilib.
Onun sözlərinə görə, təqaüdlərin vaxtında verilməsi üçün son aylar ərzində Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılıb: "Biz bu məsələni izləyirik və xaricdə təhsil alan tələbələrin təqaüdlərinin gecikdirilməsi ilə bağlı nazirliyə daxil olan şikayətlərin kəskin azalmasını müşahidə edirik. Əgər daha konkret şikayətlər olsa, bununla bağlı vətəndaşlar Təhsil Nazirliyində yaradılmış "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər. Bir daha vurğulayıram ki, bu, müvafiq qaydalar əsasında həyata keçirilən prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB