ATİ-nin rektoru: "2023-cü ildə ali təhsilli şəxsin sayı ən azı 15000 nəfər olacaq"
"Proqnoza görə 2023-cü ilə qədər turizm təhsili sahəsində müxtəlif peşələr üzrə 75600 nəfər tələb olunacaq ki, bu da indiki rəqəmlərdən 8, 3 dəfə çoxdur. Proqnoz olunan işçilərin müxtəlif peşə ixtisaslarına görə bölgüsü beynəlxalq təcrübəyə uyğun olaraq faiz hesabı ilə ali təhsil üzrə 20%, orta ixtisas təhsili üzrə 30-40 % və peşə ixtisası təhsili üzrə 50-60 % təşkil edəcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə tələb olunan ali təhsilli şəxsin sayı ən azı 15000 nəfər olacaq: "ATİ-də isə hazırda 1710 nəfər təhsil alır və mövcud maddi-texniki imkanlar bizə hər il təxminən 300 nəfərin qəbul edilməsinə imkan verir ki, bu da hesablayanda 2023-cü ilədək əlavə 3000 nəfər deməkdir ki, bu kobud hesablamalarla 2023-cü ildə tələb olunan 15.000 ali təhsilli turizm mütəxəssisinin ancaq 1/5 hissəsini hazırlaya biləcəyimizdən xəbər verir. İlkin peşə təhsili üzrə ildə təxminən 500 nəfər şagird qəbul edilib turizm üzrə işçi kimi hazırlanır. Hesablamalara görə, 2023-cü ildə sektorda işləyən 75600 nəfərin təxminən 50000 nəfəri məhz ilkin peşə təhsili olan şəxslər olmalıdır. BTPM isə bu templə davam etsə ən yaxşı halda cəmi 5000 nəfər hazırlaya biləcək. Bu isə tələb olunan kadrın 1/10 deməkdir. BTPM-nin təhsilin müddətinin 1 ildən 2 ilə çıxarılması təklifinə də baxsaq, o halda növbəti 10 ildə müvafiq göstərici avtomatik olaraq yarıbayarı azalacaq. Yəni 2500 nəfər hazırlana biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB