"Mədəniyyət və turizm sənayesi üçün kadr hazırlığı vahid konsepsiya əsasında olmalıdır"
"Azərbaycan mədəniyyəti və turizm sənayesi üçün kadr hazırlığı həm Təhsil Nazirliyi, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vahid bir konsepsiya əsasında həyata keçirilməlidir. Bu sahə üçün yeni şərtlərə və tələblərə uyğun şəkildə yeniliklər nəzərdə tutulub. Bunların hamısının müzakirəsi aparılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrasında belə addımlar çox səmərəli nəticələr verə bilər: "Biz vəziyyəti təhlil etməli və mövcud problemlərin həlli yollarını tapmalıyıq. Buna görə də bu prosesi sürətlə aparmalıyıq ki, problemlər tezliklə aradan qaldırılsın. Bu gün ölkəmizdə sənaye sahəsi çox geniş inkişaf etdiyindən bu sahəyə olan tələbat günü-gündən artır. Buna görə də bu sahə üçün tələbə və məzunların sayı çoxalmalıdır. Bu istiqamətdə bir çox işlər həyata keçirilir. Sevinir ki, sənaye sahəsi ilə təhsil ocaqlarının vahid bir strategiyası, əməkdaşlığı mövcuddur və onlar qarşılıqlı şəkildə işləyirlər".
Əbülfəs Qarayev həmçinin əlavə edib ki, eyni zamanda mədəniyyət sahəsində də bir sıra yeniliklər tətbiq olunur: "Belə ki, teatrlar, muzeylər yenidən qurulur, Azərbaycanın bütün mədəniyyət mərkəzlərinə yeni texnologiyalar gətirilir. Bu sahədə kadr hazırlığı da bizim üçün olduqca vacibdir. Təhsil Nazirliyinin ali təhsil ocaqları bu sahədə bizimlə işləməyə hazırdırlar. Sadəcə biz bütün sadalananları vəhdətləşdirməli, qarşılıqlı maraqlarımızı bir məqsədə xidmət etməyə yönəltməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB