ATİ-nin rektoru: "2368 gənc turizm sahəsinə mütəxəssis kimi hazırlanır"
"Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura pilləsində 1710 nəfər, magistraturada 139 nəfər, doktoranturada 39 nəfər, ikinci ali təhsildə 20 nəfər və ilkin peşə təhsili üzrə Bakı Turizm Peşə Məktəbində (BTPM) 12 peşə ixtisası üzrə 460 şagird təhsil alır. Beləliklə, Azərbaycan Turizm İnstitutu (ATİ) ailəsindən bütövlükdə 2368 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanır". SİA-nın xəbərinə görə, bunu institutun rektoru Cəfər Cəfərov deyib.
Onun sözlərinə görə, tədris, təlim, təcrübə, tədqiqat modelinə üstünlük verən ali məktəb olan ATİ, bir çox beynəlxalq təşkilatlarda da layiqincə təmsil olunur: "ATİ tərəfindən 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub və müvafiq müqavilələr imzalanıb. ATİ-dən bu günədək təxminən 800 nəfər məzun olub, amma sektorda rəsmən işləyənlərin sayı 9 mindən çoxdur. Sektorda işləyənlərin əlavə təhsil proqramı və qısamüddətli kurslarla ixtisasartırmasına, ixtisasdəyişməsinə nail olmağa çalışırıq".
Rektor həmçinin qeyd edib ki, ATİ-nin turizm əmək bazarı ilə sıx əlaqəsi mövcuddur. Bu əlaqə yalnız bir semestrlik praktika və hər yay tələbələr üçün tanışlıq təcrübəsi ilə bitmir: "Hazırda ATİ-də inkişaf üçün mövcud imkanların əsas etibarilə istifadə olduğu müşahidə edilir. ATİ-nin yeni ideyallarını, planlarını və əmək bazarının yeniləşən tələblərini qarşılamaq üçün müəyyən addımlar atılmalıdır. Yəni ATİ-nin daha da inkişaf etdirilməsi imkanları var. Lakin bu inkişaf maddi-texniki bazanın arzu olunan səviyyədə olmaması səbəbindən mümkün deyil. Bu da xarici universitetlərlə daha intensiv tələbə və müəllim mübadiləsinə, müvafiq yataqxanamızın olmaması mənfi təsir edir. Yeni ixtisasların açılması, mövcud ixtisaslar üzrə daha çox qəbulun həyata keçirilməsi, xüsusilə fənn kabinetlərinin, lobaratoryaların yaradılması, kariyera mərkəzinin, müasir kitabxananın qurulması kimi bir çox plan müvafiq imkansızlıq ucbatından hələ ki, reallaşmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB