Bu gün 246 saylı orta məktəbdə "Azərspace 1" peykinin kosmosa çıxmasının bir ilinin tamam olması münasibəti ilə "Fizika gecəsi" keçirilib. SİA xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi, mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən məktəbin fizika müəllimi, 2013-cü ildə "İlin ən yaxşı müəllimi" adına layiq görülən Validə Ağamalıyeva "Azərspace 1" peykinin fəaliyyətə başlamasının, ölkəmizin kosmosda peyki olan ölkələr sırasına daxil olmasının önəmi barədə məlumat verib. Onun sözlərinə görə, ötən ilin fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın ilk peyki "Azərspace-1" Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə orbitə çıxarılıb: "Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə ölkə Prezidentinin Sərəncamı əsasında "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. İlk telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması məqsədilə ötən il müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" şirkətləri ilə müqavilələr imzalanıb. "Azərspace-1" telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilir. Peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə edilir. Qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini hədəf götürən Azərbaycan aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır".
Validə Ağamalıyeva qeyd edib ki, Azərbaycan üçün yeni sənaye sahəsinin təşkili, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.
Tədbir məktəb şagirdlərinin hazırladığı bədii hissə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB