"Bu il Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan zənglərin sayı 4 dəfə artıb"

"Bu il Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan zənglərin sayı 4 dəfə artıb"

"Bu il Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan zənglərin sayı 4 dəfə artıb". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin müdiri Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əgər 2013-cü ilin yanvar ayında "Qaynar xətt"ə 700-ə yaxın müraciət daxil olubsa, bu ilin yanvar ayında 2500-ə yaxın zənglər qəbul olunub.

Y.Zeynalovun sözlərinə görə, müraciətlərin statistikası aparılır, onlar əsasında xüsusi hesabatlar hazırlanır və rəhbərliyə təqdim olunur: "Şikayətlər təhsilin müxtəlif pillələrində-əsasən məktəblər və ya universitetlərdəki məsələlərlə bağlı olur. Hərdən Təhsil Nazirliyinə aidiyyatı olmayan məsələlər müvafiq qurumlara göndərilir".

Qeyd edək ki, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( "Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqutmadan sonra açılış mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə