600-dən çox bal yığan abituriyentlərin 30,67 faizi lisey və gimnaziya məzunlarıdır
"2012/2013-cü tədris ilində qəbul imtahanlarında iştirak edən 3207 məktəbdən 727-nin məzunlarının 22,67%-i 600-dən çox bal toplayıb". Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.
Məlumata əsasən, onların 22,89%-i (369 nəfəri) I qrupun, 18,67%-i (301 nəfəri) II qrupun, 33,56%-i (541 nəfəri) III qrupun, 24,88%-i isə IV qrupun abituriyentləridir: "727 məktəbin 86-sı, yəni 11,83%-i liseylər və gimnaziyalardır ki, 600-dən çox bal yığan abituriyentlərin 30,67%-i onların şagirdləridir. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər isə Şəki rayonu 5 saylı şəhər tam orta məktəb və Ağdaş rayonu Texniki, təbiət və humanitar təmayüllü internat tipli gimnaziya və digərləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB