“Ölkəmizdə təhsil alan məzunlar dünyanın bir çox ölkəsində işlə təmin olunublar” AÇIQLAMA

“Ölkəmizdə təhsil alan məzunlar dünyanın bir çox ölkəsində işlə təmin olunublar” AÇIQLAMA

"2012-2013-cü tədris ilində Tibb Universitetinin Əczaçılıq fakültəsindən məzun olan 8 nəfər İran vətəndaşı öz diplomlarını tanıtdırıblar. Onlar Ulumpayə imtahanlarını müvəffəqiyyətlə verərək işgüzar həyata qədəm basıblar". Bu sözləri SİA-ya universitetin Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin tədris ilində ATU-nun stomatologiya fakültəsini bitirən 86 nəfər İran vətəndaşının əksəriyyəti də həmin imtahanlardan uğurla keçə biliblər: "Maraqlıdır ki, bir sıra xarici ölkələr - Hindistan, Filippin və Ukrayna universitetlərindən məzun olan gənclərə nisbətən, Azərbaycandan oxuyan iranlı məzunlar daha çox fərqləniblər. Onların uğuru Tehran Universitetinin müəllimləri tərəfindən də xüsusilə qeyd olunub. Bu nostrifikasiya imtahanından sonra artıq məzunların hamısı işlə təmin olunub. Hər il dünyanın müxtəlif ölkələrindən 100-lərlə tələbə təhsil almaq üçün Azərbaycan Tibb Universitetinə müraciət edir. Onlar 1 il hazırlıq kursları keçdikdən sonra Universitetin müxtəlif fakültələrində təhsilini davam etdirirlər. Bu gün dünyanın 28 ölkəsində ATU-nun məzunları çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə