Təhsil Nazirliyi AMİ və SDU-nun taleyinə aydınlıq gətirdi

Təhsil Nazirliyi AMİ və SDU-nun taleyinə aydınlıq gətirdi

"Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi ali təhsil müəssisəsinin 4 filialında tələbə qəbulunu dayandırıb. Əgər 4 il sonra isə bu filiallar bağlansa, filialların işçi kollektivlərinin digər universitetlərə yerləşdirilməsi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bu gün Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında belə deyib.

Nazirlik rəsmisi Sumqayıt Dövlət Universitetində yaşanan qalmaqaldan sonra ali təhsil müəssisəsində baş verən proseslər barədə açıqlama verib: "Universitetdə prorektorlar eyni zamanda kafedra müdiri vəzifəsini də icra edirdilər. Bu isə Təhsil Nazirliyi tərəfindən qadağan olunmuş qaydanın pozulması deməkdir. İndi isə prorektorlar yalnız kafedra müdiri vəzifəsində çalışırlar. Hazırda universitetə nazirlik tərəfindən müvəqqəti olaraq rektor vəzifəsinə təyin olunana təhsil nazirinin müşaviri Elxan Hüseynov nəzarət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə