"Təhsil Nazirliyinin müvafiq şöbəsində diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacaq". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, hər il nazirliyə müxtəlif ali məktəblərdə diplomların gecikdirilməsi ilə bağlı müraciətlər daxil olur: "Məsələnin həlli istiqamətində yaradılacaq yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq. Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında diplomları müzakirə edəndə, Ali Attestasiya Komissiyası protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın. Bu gündən məsələlərin həllinə başlanıb. İlin əvvəlindən IV kursda təhsil alan tələbələrin sayı barədə məlumat daxil olacaq və artıq tədris ili başa çatana kimi tələbələrin diplomu hazır olacaq".
Ali məktəb tələbələrinə diplomların verilməsi üçün dövlət rüsumunun ödənilməsi məsələsinə aydınlıq gətirən nazirlik rəsmisi qeyd edib ki, diplom üçün məzundan heç bir ödəniş tələb olunmamalıdır: "Buna görə dövlət rüsumu təyin olunmayıb. Diplomların verilməsi tam pulsuz olaraq həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB