"2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 36537 yer ayrılıb. Bunlardan 53 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub". Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, qalan 15585 yer Azərbaycan, 372 yer rus bölməsi, 20527 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Məlumatda bildirilib ki, qəbul planının 30295 yeri dövlət, 6242 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşür: "11089 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 53 yer qəbul imtahanlarında müsabiqədən kənar iştirak edən abituriyentlərdir. 2012-ci illə müqayisədə ötən il dövlət ali təhsil müəssislərinin qəbul planı 5,52% (1586 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 15, 83% (853 yer) artıb. Ümumilikdə, 2013-cü ildə qəbul planı 2439 yer (7,15%) artıb. 2012-ci ildə isə qəbul planında 8,53% artım olub. Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2013-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 6,37% artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB