"Attestat və şəhadətnamələrin verilməsi proseduru dəyişməyəcək"

"Attestat və şəhadətnamələrin verilməsi proseduru dəyişməyəcək"

"Bu il də buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi proseduru ötən il olduğu kimi həyata keçiriləcək". SİA xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi qaydalarında dəyişikliklər edilib və buna əsasən bütün məzunlar attestatlarla təmin olunub: "Həmin qərara uyğun olaraq, ötən il orta məktəblərin buraxılış siniflərini bitirən məzunların 99.3 % attestatlarını alıblar. Ötən il attestatların verilməsində yeni qaydaların tətbiqi yalnız bir il müddətində nəzərdə tutulmamışdı. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə