Ceyhun Bayramov: "Saxta diplomlarla bağlı Baş Prokurorluqda istintaq gedir"
"Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aşkar olunan saxta diplomlarla bağlı hazırda Baş Prokurorluqda istintaq gedir. İstintaq başa çatdıqdan sonra Baş Prokurorluq bununla bağlı geniş məlumat verəcək". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov belə deyib.
Hazırda bu məsələ üzrə ali məktəblərdə mütəmadi olaraq yoxlamaların aparıldığını deyən nazir müavini qeyd edib ki, hansısa ali məktəbdə bu cür neqativ hal aşkarlansa, sərt addımlar atılacaq: "Hazırda xüsusi olaraq hər hansısa yoxlama həyata keçirilmir. Ali təhsil müəssisələrində tədrisin səviyyəsi yoxlanarkən diplomlarla bağlı vəziyyət də araşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB