TQDK: "Qəbul imtahanlarına 2 milyon manatdan çox maliyyə vəsaiti sərf edilib"
"2013-cü ildə test imtahanlarının keçirilməsinə 2 milyon manatdan çox maliyyə vəsaiti sərf edilib". SİA xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün imtahan nəzarətçiləri ilə keçirdiyi görüşdə belə deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarında Bakı üzrə 5173, regionlar üzrə 1056 imtahan rəhbəri iştirak edib: "Bakı şəhəri üzrə nəzarətçi-müəllimlərin sayı 16 041, regionlar üzrə 25 896, Bakı şəhəri üzrə mühafizə xidməti işçilərinin sayı 1408, regionlar üzrə 1397, Bakı şəhəri üzrə bina nümayəndəsi-xadimələrin sayı 518, regionlar üzrə 2068 nəfər olub. Ümumilikdə isə paytaxt üzrə 23 040, digər regionlardan isə 30 417 nəfər test imtahanlarının keçirilməsində iştirak edib".
Müqavilə əsasında Bakı şəhəri üzrə 23 040 müəllimə 816 608,4 manatın, digər regionlar üzrə müəllimlərə isə 1 213 749,2 manatın sərf edildiyini deyən komissiya sədri qeyd edib ki, əvvəlki illərdə müəllimlər ictimai əsaslarla imtaha cəlb edilirdi: "Lakin son illərdə qəbul imtahanlarında iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümyəndələrinin yalnız bir məqsədi var ki, bu da, abituriyentlərin öz biliklərin layiq ali məktəblərdə təhsil almalarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB