Cəsarət Valehov: "Bu məlumatlar qətiyyən həqiqətə uyğun deyil" TƏKZİB
"Təhsil Nazirliyində təmir işləri aparılmır və bizim əməkdaşlarımızın heç biri başqa yerlərdə yerləşdirilməyib". SİA-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bu gün Təhsil Nazirliyinin təmirə dayanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları nazirliyin binasındadırlar: "Bu kimi məlumatlar heç bir həqiqətə uyğun olmayan, tamamilə əsasızdır informasiyalardır".
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara əsasən Təhsil Nazirliyində təmir işləri aparıldığından nazirliyin əməkdaşları Bakının mərkəzindəki müxtəlif məktəblərə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB