Hafiz Paşayev: " "ADA" məzunlarının 99%-i işlə təmin olunub"

Hafiz Paşayev: " "ADA" məzunlarının 99%-i işlə təmin olunub"

"2016-cı ildə ADA Universitetinin ilk bakalavr məzunları buraxılacaq". SİA-nın xəbərinə görə, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Rektorun sözlərinə görə, artıq 3 ildir ki, Akademiya magistr məzunların buraxılışını həyata keçirir: "Onların 99%-i işlə təmin olunub. Hazırda Xarici İşlər Nazirliyində yüksək dərəcəli savada malik kadrlara böyük tələbat var. Təbii ki, bundan sonra buraxılacaq məzunlarımız işlə təmin olunacaq".

Hafiz Paşayev 2016-cı ilə "ADA" Universitetinin illik xərclərinin yalnız 30%-nin dövlət büdcəsindən maliyyələşəcəyini deyib: "Universitetin tərkibində Fond yaradılıb. Qalan 70% isə bu fondda toplanacaq tələbələrin ödədikləri təhsil haqları və universitetin apardığı elmi tədqiqat işlərinin nəticələrinə uyğun olaraq əldə etdiyi vəsaitlər hesabına ödəniləcək. Fond əsasən "ADA" Universitetində fənləri tədris edən müəllimlərin əməkhaqlarının tənzimlənməsinə və ali təhsil müəssisəsinin dövlət büdcəsindən 100% maliyyələşməsinin qarşısının alınmasına xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə