Təhsil Nazirliyi: "Təhsil səviyyəsi müəllimlərin cins tərkibindən asılı deyil" AÇIQLAMA

Təhsil Nazirliyi: "Təhsil səviyyəsi müəllimlərin cins tərkibindən asılı deyil" AÇIQLAMA

"Azərbaycanın ümumtəhsil məktəblərində müəllimlərin 76,1 faizini qadınlar təşkil edir". Təhsil Nazirliyindən SİA-nın sorğusuna verilən cavaba görə, bir sıra rayonlarda bu nisbət fərqlidir: "Belə ki, Yardımlı rayonunda müəllimlərin yalnız 9,2, Lerik rayonunda 19,7, Saatlı rayonunda 35,1, Cəlilabad rayonunda 44,3, Qobustan rayonunda 46,2, Masallı rayonunda 50,9, İsmayıllı rayonunda 57,1 faizi qadınlardır. Biləsuvar, Şuşa, Kəlbəcər, Ağsu, Gədəbəy, Daşkəsən, Astara, Qusar rayonlarında da qadın müəllimlər 50-56 faiz təşkil edir".

Rəsmi dövlət qurumundan o da bildirilib ki, təhlillərə əsasən, şagirdlərin təhsil səviyyəsi müəllimlərin cins tərkibindən bilavasitə asılı deyil: "Təhsil səviyyəsinin yüksək olması müəllimlərin peşəkarlıq səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə