Sudan səfirliyinin nümayəndəsi ölkəmizdə ərəb dilinin tədrisindən razı qalıb
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi Muhamməd Elballa Osmanı qəbul edib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor professor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. Universitet haqqında danışan rektor, professor Səməd Seyidov ADU-da Qərb və Şərq dillərinin geniş tədris olunduğunu bildirib. ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu nəzərə çatdırıb.
Səmimi qəbula görə təşəkkür edən Sudan səfirliyinin səlahiyyətli nümayəndəsi - müstəşar elçi Muhammed Elballa Osman ADU-da ərəb dilinin tədrisindən razı qaldığını qeyd edib.
Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB