TQDK-nın müsabiqə şərtlərini 213 vəkil ödədi

TQDK-nın müsabiqə şərtlərini 213 vəkil ödədi

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsından (TQDK) SİA-ya verilən məlumata görə, yanvarın 11-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Müsabiqədə iştirak etmək üçün 706 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 68 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 213 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərərək növbəti mərhələyə buraxılıblar. Ən yüksək nəticə isə 90 bal olub.

Qeyd edək ki, 2 binada təşkil olunan imtahan saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri həmin gün saat 16:40-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib və namizədlərin imtahan nəticələri haqında sənədlər Vəkillər Kollegiyasına təqdim olunub.

Müsabiqənin növbəti mərhələsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılır. Bununla bağlı namizədlərə həmin qurum tərəfindən əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə