20 yanvar hadisələri ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

20 yanvar hadisələri ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirlər planı təhsil nazirinin 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə əmri ilə təsdiqlənib.

Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tədbirlər planına müvafiq olaraq tabeliklərindəki təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası ilə bağlı görülmüş işlər barədə yanvarın 25-dək nazirliyə hesabat təqdim etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə