"Təfəkkür, cəmiyyət və transformativ təhsil" konfransı keçirilib

"Təfəkkür, cəmiyyət və transformativ təhsil" konfransı keçirilib

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Təfəkkür, cəmiyyət və transformativ təhsil" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, Təhsil Nazirliyi ilə birgə təşkil olunan konfransda Harvard Universitetinin sabiq əməkdaşı, professor Eleanor Dakvort da daxil olmaqla dünyanın tanınmış təhsil mütəxəssisləri, 70-dək orta məktəb direktoru, tanınmış pedaqoqlar iştirak ediblər.

Konfransın açılışında ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, tədris işləri üzrə prorektor Patrik Kvin, Eleanor Dakvort, iş adamı və xeyriyyəçi Taher Gozel "Təhsil, tədris və məktəblərə yeni baxış" mövzusunda çıxış ediblər.

Tədbirdə, həmçinin ABŞ-ın İllinoys Universitetinin professoru Uilliam Ayers, Böyük Britaniyanın Uinçester Universitetinin professoru Simon Boksli və başqaları təhsil və tədrisə müasir və innovativ yanaşma, cəmiyyət, gənclik, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və s. mövzularda çıxış edib, iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə