Gəncədə iki orta məktəbin və uşaq yaradıcılıq mərkəzinin açılışı olub FOTOLAR
Bu gün Gəncədə iki orta məktəbin və uşaq yaradıcılıq mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, uşaq yaradıcılıq mərkəzi 1979-cu ildə tikilib. Əvvəllər pioner evi adlanan bu tikili 1992-ci ildən uşaq yaradıcılıq mərkəzi adlanır. Fəaliyyət göstərdiyi müddətdən bu yana ilk dəfə olaraq əsaslı təmir olunub. Hazırda burada 4 şöbədə 16 adda 56 pedeqoji işçi çalışır. Bina ən müasir avadanlıqlarla və inventarlarla təhciz olunub.
Gəncə şəhər Nərimanov Nərimanov adına 25 nömrəli tam orta məktəb binası isə 1963-cü ildə tikilib və 1971-ci ildən orta məktəb kimi fəaliyyət göstərir. 2013-cü ilin aprel ayından təmirinə başlanılan məktəb yeni inventarla və müasir avadanlıqlarla təmin edilib. 530 şagirdin təhsil aldığı məktəbdə 81 nəfər müəllim, 9 nəfər yardımçı pedoqoji heyyət çalışır.
Qeyd edək ki, bu gün 16 saylı tam orta məktəb də əsaslı təmirdən sonra istifadəyə verilib. Sinif otaqları lazımi avadanlıqlarla təchiz edilib.




İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB