M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Yeni il gecəsi keçirilib FOTO
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Xocasən qəsəbəsindəki yeni kampusunda Yeni ilə həsr edilmiş bayram gecəsi keçirilib.
Tədbirdə MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Xalq Artisti Arif Məlikov, Xalq Artisti Teymur Göyçayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.
Universitetin rektoru Nərgiz Paşayeva ali məktəbin tələbələrini və müəllimlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. O, başa çatmaqda olan ilin filial üçün uğurlu olmasını qeyd edib, tələbələrə yeni ildə təhsil uğurları arzulayıb.
Səfir Vladimir Doroxin vurğulayıb ki, bu universitet Rusiya ilə Azərbaycanı birləşdirən ən yaxşı vasitədir. "Bu, iki ölkə tərəfindən uğurla həyata keçirilmiş gözəl layihədir", - deyən diplomat qeyd edib ki, 2013-cü il hər iki ölkə üçün uğurlu olub: "Azərbaycan inkişaf edir, ölkənizdə sabitlik var, bu, çox vacibdir. Bundan əlavə, Azərbaycan Prezidentinin yenidən həmin vəzifəyə seçilməsi də başa çatmaqda olan ilin əlamətdar hadisəsidir. Ölkələrimizin münasibətləri baxımından bu il çox uğurlu olub. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib".
Sonra MDU-nun Bakı filialının tələbə xoru çıxış edib. Tələbələr Azərbaycan və xarici ölkələrin musiqisini ifa ediblər.
Gecədə Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış ediblər.
Xatırladaq ki, MDU-nun Azərbaycandakı filialı 2007-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə universitet tələbələrinin birinci buraxılışı olub. Elə həmin il Xocasən qəsəbəsində bu ali məktəbin yeni kampusu istifadəyə verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB