"12 illik təhsil fənlər üzrə təlim yükünün yüngülləşməsinə xidmət edir"
"12 illik təhsilə keçid məsələsi mütərəqqidir. Bu uşaqların tədris və fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edir". SİA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil işçiləri üçün keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, məktəb kollektivi və valideynlər dərs yükünün ağır olmasından hər zaman şikayət edir: "Əlavə 1 ilin hansı səviyyənin uzadılmasına verilməsi vacibdir və burada müxtəlif fikirlər səslənə bilər. Bu bir ilin ibtidai, yoxsa V-XI siniflər arası orta siniflərə verilməsi dəqiq məlum deyil. Fikrimcə, bu orta hissəyə verilsə, yaxşı olar. Belə ki, icbari təhsil ölkədə 9 illikdir. Əgər bu pillə 1 il artırılsa, uşaqlar icbari təhsil dövründə həmin fənlər üzrə daha yüksək biliyə malik ola bilərlər. Bir ilin təhsil sisteminə gətirilməsi üçün proqramlar dəyişməli, keçid təmin olunmalıdır. Eyni zamanda, mövcud kurikulumlar 12 illik təhsil sisteminə uyğunlaşdırılmalıdır. 12 illik təhsilə keçid asan iş deyil, bu məsələ strategiya sənədində də göstərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB