Fərzəli Qədirov: "Müəllim fəaliyyətinin qiymətləndirilməsi konkretləşməlidir"
"Müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması vacib məsələdir. Çünki indiyədək bu məsələ pərakəndə şəkildə ayrı-ayrı məktəblərdə aparılıb. Ümumilikdə isə bu vaxta kimi sistem yanaşmada bu məsələyə münasibət olmayıb". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı belə deyib. O bildirib ki, F.Qədirov əlavə edib ki, bu məsələ barədə düşünməli, konkret və dəqiq addımlar müəyyənləşdirməlidir.
Fərzəli Qədirov qeyd edib ki, strategiyada idarəetmə məsələlərinə də yer verilib: "Bunlara məktəb rəhbərlərinin seçimi, onların peşəkarlığının artırılması, onlara bu gün verilən tələblər, yerlərinin dəyişdirilməsi onların peşəkar bacarıqlara malik olması və digər məsələlər daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB