“Nə? Harada? Nə zaman?” intellektual oyun üzrə turnirin final mərhələsi keçirilib FOTOLAR

“Nə? Harada? Nə zaman?” intellektual oyun üzrə turnirin final mərhələsi keçirilib FOTOLAR

Bu gün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında təşkil edilmiş "Nə? Harada? Nə zaman?" İntellektual oyun üzrə turnirin final mərhələsi keçirilib. SİA-nın məlumatına görə, yarışın açılış mərasimində çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi artıq 7-ci ildir möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü münasibətilə ali məktəb tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyun üzrə həmkarlar kuboku uğrunda turnir keçirir. Turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə Dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək vermək və tələbə-gənclərin intellektual səviyyələrini inkişaf etdirməkdir".

Şaiq Əsgərov əlavə edib ki, ilk zamanlar bu turnirdə respublikanın 20 ali məktəbin tələbəsi iştirak edirdisə, bu il Lomonosov adına Moskva Dövlət Universitetin Bakı filialı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Bakı Ali Neft Məktəbinin tələbələri də turnirə qoşulublar.

Qeyd edək ki, daha sonra münsiflər heyəti tərəfindən oyun qaydaları ilə bağlı iştirakçılar məlumatlandırılıb və yarışa start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə