Ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixi açıqlandı

Ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixi açıqlandı

Ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixi açıqlandı. SİA "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib. Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili 29 dekabr - 06 yanvar tarixlərində olacaq. I yarımilin son dərs günü dekabrın 28-nə, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.

Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə isə qış tətili 30 dekabr - 6 yanvar tarixlərində olacaq. Onlarda I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə