ADİU-da II Avrasiya Sosial Elmlər Forumu öz işinə başlayıb

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti, Türkiyə Respublikası Hacettepe Universiteti, Qırğızıstan Respublikası Ahmet Yesevi Universiteti və Qırğızıstan Respublikası Manas Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində II Avrasiya Sosial Elmlər Forumu öz işinə başlayıb. SİA xəbər verir ki, iki gün davam edəcək Forumun bu ilki mövzusu "Avrasiyada Yeni İnteqrasiya Təşəbbüsləri: Mövcud Vəziyyət və Gözləntilər" adlanır. Forumun açılışında (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan universitet, nazirlik və diplomatik korpus rəhbərləri, elm və biznes dünyasının təmsilçiləri iştirak edib. Müxtəlif ölkələrdən 50-ə yaxın elmi məruzənin dinlənəcəyi Forumun sonunda Avrasiya coğrafiyasına daxil olan türkdilli ölkələrin arasında humanitar sahələrdə inteqrasiya proseslərinin dərinləşməsi və möhkəmləndirilməsi istiqamətində Avrasiya məkanında türkdilli dövlətlərin universitetləri assosiasiyasının, rektorlar klubunun, iqtisadçılar klubunun yaradılması və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi ümumiləşdiriləcək və müvafiq orqanlara təqdim ediləcək.

Xatrıladaq ki, I Avrasiya Sosial Elmlər Forumu da keçən il "Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası" mövzusu altında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Növbəti III Forumun Qazaxıstanda keçirilməsi müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə