Bu gün Bakı Slavyan Universitetinin (BSU) və Azərbaycan Müqayisəli Ədəbiyyat Asossiasiyasının birgə təşkilatçılığı ilə "Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında" mövzusunda V Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən BSU-nun rektoru, əməkdar elm xadimi Kamal Abdullayev bildirib ki, konfransda dünyanın 17 ölkəsindən 40-dan çox, Azərbaycanın ali məktəblərindən və elm müəssisələrindən 50-dək alim və tədqiqatçı iştirak edəcək. Onun sözlərinə görə, iki gün davam edəcək konfrans öz işini "Tarix və ədəbi janrlarda təsvir üsulları arasında", Ədəbi mətnlərdə tarixin təsviri formaları", "Keçid dövründə ədəbiyyat və tarix", "Mif", "Tarix və istorioqrafiya", "Dilçilik və tarix" bölmələri üzrə davam etdirəcək: "Konfrans çərçivəsində Əli Fərabi adına Qazax Milli Universitetinin professoru Anaur Qaliyevin "Keçmişin dərki: mif və tarix arasında", Orenburq Dövlət Pedoqoji Universitetinin professoru Sergey Lyubiçanovskinin "Yaddaş və gündəlik" adlı ustad dərslərin, Osaka Universitetinin dosenti Takayuki-Yokota Murakaminin sədrliyi ilə "İtirilmiş mili tarixin bərpası: Latviya rusdilli yəhudi yazıçıları və onların əsərləri" mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır. Qonaqlar tərəfindən universitetimizin gənc tədqiqatçılarına master-klass veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq".
Konfransda dünyanın tanınmış universtetlərinin professorlarının məruzələri dinlənilib.
Qeyd edək ki, konfrans materialları kitab şəklində çap olunub iştirakçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB