Ceyhun Bayramov: "9506 elmi və elmi pedaqoji işçinin arasında 30 yaşa qədər elmlər doktoru yoxdur" STATİSTİKA

Ceyhun Bayramov: "9506 elmi və elmi pedaqoji işçinin arasında 30 yaşa qədər elmlər doktoru yoxdur" STATİSTİKA

"Hazırda Respublikamızda 30041 nəfər elmi pedaqoji kadr çalışır. 1918 nəfər elmlər doktoru, 8976 nəfər fəlsəfə doktoru-elmlər namizədidir. Lakin bu gün ölkə rəhbərini və ictimaiyyəti narahat edən məsələ onların yaş həddidir". SİA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün Azərbaycan Dillər Universitetində (ADU) keçirilən doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransında çıxış edərkən belə deyib.

O bildirib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da qeyd olunana Respublika üzrə elmi doktorların və elmlər namizədlərin yaş tərkibi dünya elmi ilə müqayisədə Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyalarından xəbər verir: "Statistik rəqəmlərin təhlili göstərir ki, ötən il təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələrində çalışan 9506 elmi və elmi pedaqoji işçinin arasında 30 yaşa qədər elmlər doktoru yox idi, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər, yəni 0,48% təşkil edib".

Bütün xəbərlər Facebook səhifəmizdə