"Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə prosesində də müəyyən dəyişikliklər olacaq. Lakin bu dəyişikliklər tədricən həyata keçiriləcək. Çünki, ediləcək dəyişikliklərə həm bizim müəllimlər, həm də şagirdlər hazır olmalıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, dəyişikliklər imtahan suallarının formasını, imtahanın aparılması üsullarını əhatə edəcək: "Ancaq bütün uşaqların imtahana hazırlanması prosesinə təsir göstərə bilən bütün dəyişikliklər iki il əvvəldən elan edilir və gələcəkdə də ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB