"Ali məktəblər iki qrupa bölünərkən TQDK-nın statistik məlumatları nəzərə alınacaq"
"Bütün ali təhsil ocaqlarının iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı təhsil naziri Mikayıl Cabbarovla müzakirələr davam edir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hər il qəbul başa çatandan sonra ali məktəblərdə hər bir ixtisas üzrə formalaşan keçid balı ictimaiyyətə təqdim olunur və bu bal universitetlər üzrə fərqlilik təşkil edir: "Məsələn, "Riyaziyyat müəllimliyi" ixtisasına qəbul Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən regional universitetlərdə də aparılır. Lakin bu ixtisas üzrə keçid balı universitetlərdə fərqlidir. Bu ballar isə universitetlərə olan tələbatın göstəricisidir".
TQDK sədri bildirib ki, bütün ali təhsil müəssisələrinin göstəriciləri komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq: "Təbii ki, ali və milli statuslu universitetlər müəyyənləşdirilərkən TQDK-nın Təhsil Nazirliyinə təqdim etdiyi statistik məlumatlar nəzərə alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB