Təhsil Nazirliyindən TQDK-ya TƏKLİF

"Hazırda Azərbaycanda dərsliklərin hazırlanması prosesində texnoloji nöqteyi-nəzərdən müəyyən qüsurlar var. Belə ki, orta məktəb dərslikləri hazırlanan kimi təhsil sisteminə təqdim edilir və məktəblərə təhvil verilir. Lakin ölkə Prezidentinin müvafiq sərəncamı əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilən orta məktəb dərsliklərinin monitorinqləri dərsliklər istifadəyə veriləndən sonra deyil, onun istifadəyə verilməsinin bir tərkib hissəsi kimi həyata keçirilməlidir". SİA-nım xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov TQDK və Təhsil Nazirliyinin birgə layihəsi olan "Dərslik portalı"nın təqdimatında çıxışı zamanı belə deyib.

Onun sözlərinə görə, tətbiq olunması vacib sayılan bu kimi texnoloji dəyişiklik resursların daha səmərəli istifadəsinə imkan yarada bilər: "Ümumilikdə dərsliklərin texnoloji prosesindən başlamış, dərslik müəllifləri üçün əlavə resursların verilməsinə qədər bu kimi işlərə diqqətimizi cəlb edəcəyik. Dərsliyin məzmunu ilə çapı məsələləri bir-birilə uyğunlaşmalıdır. Dərslikləri hazırlayan müəllifləri daha çox həvəsləndirməliyik. Çünki bu gün tətbiq olunan sistem faktiki olaraq ondan ibarət olub ki, yalnız qalib dərsliyin müəllifi, hüququ və zəhməti tanınaraq müvafiq qonorarlar ödənilir. Bu yanaşma heç də dərslik müəlliflərinin çoxluğuna və alternativliyinə xidmət etmir. Biz bu məsələ barədə düşünməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...