Məleykə Abbaszadə: "Kiminsə şayiələrinə inanmayın"

Məleykə Abbaszadə: "Kiminsə şayiələrinə inanmayın"

"Bu ilin qəbul proqramı ənənəvi olaraq yanvar ayında təqdim ediləcək "Abituriyent 1" jurnalında dərc olunacaq. Bu proqramda fənlərin məzmununa aiddir yenilikləri izləmək mümkün olacaq". SİA xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2013/2014-cü ilin qəbul planında təşkilatı nöqteyi-nəzərdən edilən yeniliklər isə artıq TQDK tərəfindən elan olunub: "Bilirsiniz ki, əvvəlki illərin məzunları qəbul imtahanını aprel ayının sonu-may ayının əvvəllərində verəcək. 2013/2014-cü ilin məzunları isə qəbul imtahanlarını ənənəvi olaraq iyul ayında verəcəklər. Burada təşkilatı nöqteyi-nəzərdən digər yeniliklər hələ ki, nəzərdə tutulmayıb".

TQDK sədri müəllimlərə və valideynlərə müraciət edib: "Qəbul imtahanları ilə əlaqədar edilən dəyişikliklərlə bağlı məlumatları TQDK-nın saytında izləmək mümkündür. Kiminsə şayiələrinə inanmayın. Edilən dəyişikliklərlə bağlı valideynlərdə və müəllimlərdə sual yaranarsa məsələ ilə əlaqədar olaraq konkret mövzu üzrə saytımızda məlumat əldə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə